23.01.2015 [10:36] - Xəbərlər, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın doktorantı, Azərbaycanşünaslıq şöbəsinin müdiri Nərminə Abdullayeva Varşava şəhərində ezamiyyətdə olub. Səfər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” layihəsi çərçivəsidə həyata keçirilib.
Səfərdə məqsəd Polşa Milli Kitabxanasının timsalında Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxanaların, elektron kataloqların və elmi bazaların yaradılması, idarə olunması prinsiplərinin öyrənilməsidir.
Dünyanın böyük kitabxanalarından biri olan Polşa Milli Kitabxanasına səfər zamanı kitabxananın qədim, nadir əlyazmaları və qiymətli nəşrlərini əhatə edən Krasinski sarayında yerləşən xüsusi fondu, Reproqrafiya və rəqəmsallaşdırma şöbəsi, Polona-rəqəmsal kitabxananın təşkili şöbəsi, Məsləhət-informasiya mərkəzi, Kitabxana-biblioqrafiya nəşrlərinin oxu zalı, Musiqi və audiovizual nəşrlərinin oxu zalı və digər şöbələrinin fəaliyyəti nəzərdən keçirilib, gələcəkdə kitab və informasiya mübadiləsi aparmaq üçün lazımi koordinatlar əldə edilib.
Qeyd edək ki, sözügedən layihə İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olub. Layihənin həyata keçirildiyi müddət ərzində nəzərdə tutulan Belarus Milli Kitabxanası, İstanbul Universiteti Mərkəzi Kitabxanası və ən son olaraq Polşa Milli Kitabxanasının iş təcrübəsi öyrənilib.
Keçən ilin may ayında start verilmiş layihənin icra müddəti bu ilin aprelində bitəcəkdir. Layihənin yekun nəticələri barədə təhlil və ümumiləşdirmələr aparıldıqdan sonra ictimaiyyətin və əlaqədar təşkilatların nəzərinə çatdırılacaqdır.
Ruslan Kərimov,
AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 816 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |