Şrift:
7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edilib
24.01.2015 [00:41] - Gündəm, Hüquq
Gümrüdə erməni ailəni qətlə yetirməkdə günahlandırılan rusiyalı hərbçi Valeri Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib.

Ermənistan mətbuatının verdiyi məlumata görə, araşdırma çərçivəsində bir sıra məhkəmə-kriminalistika ekspertizaları da təyin edilib.

Məlumata görə, bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində aparılacaq.

Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed