03.01.2012 [14:45] - Xəbərlər
İranın hərbi rəhbərliyi ABŞ-dan Fars Körfəzi regionuna bir daha aviadaşıyıcı göndərməməyi tələb edib.
İran ordusunun baş komandanı, general-mayor Ataolla Salehi İranın bu xəbərdarlığını təkrar etməyəcəyini bildirib: “Düşmən aviadaşıyıcısı Hörmüz boğazına bizim təlimlərlə əlaqədar gəlmişdi. Mən tövsiyə və israr edirəm ki, Amerika aviadaşıyıcısı bir daha bu bölgəyə qayıtmasın”.
A. Salehi Vaşinqtona xəbərdarlıq edib ki, təlimlər keçirilən zonanı tərk edən aviadaşıyıcı geri qayıdarsa İran cavab tədbirləri görəcək: “Biz bir dəfədən artıq xəbərdarlıq etməyə öyrəşməmişik”.
Xatırladaq ki, İran Hərbi Dəniz Qüvvələrinin “Vilayət-90” adlı təlimləri ötən il dekabrın 24-də başlayıb və 10 gün davam etməsi nəzərdə tutulub. Təlimlər Hörmüz boğazından Oman Körfəzi qədər olan 2 min kilometrlik beynəlxalq suları əhatə edir.

Bu xəbər oxucular tərəfindən 1117 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |