Şrift:
Azərbaycanda dərs vəsaitlərinin üzərində reklamın yerləşdirilməsi qadağan edilir
24.01.2015 [10:42] - Gündəm, Gənclik, Bildiriş
Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz.

Milli Məclisdən verilən məlumatına görə, bu, parlamentin fevralın 2-də keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq “Reklam haqqında” qanun layihəsində nəzərdə tutulub.

Yeni layihəyə əsasən, yetkinlik yaşına çatmayanlar ümün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr taşamasının gedişində və kino filmlərinin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağandır.

Qeyd edək ki, hazırda bəzi məktəb gündəliklərində, dəftərlərin üzərində reklamlar yerləşdirilir.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed