Şrift:
Güclü qar səbəbindən Şamaxı-Pirqulu yolu bağlanıb
03.01.2012 [14:49] - Gündəm
Ağsu aşırımında və bəzi yollarda hərəkət məhdudlaşıb, avtomobillər yolda qalıb.

Ağsu və Şamaxı rayonlarına yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Ağsu yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb.

Dünən axşam saatlarından başlayaraq yağan qar nəticəsində Ağsu və Şamaxının dağ kəndlərində, Şamaxı şəhərində, eləcə də Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən hissəsində, Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkəti məhdudlaşıb. Çox az sayda avtomobil yolda hərəkət edir. Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi ərazisində, Şamaxının Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda və Ağsu aşırımında 15-ə yaxın avtomobil yolda qalıb. Şamaxı-Pirqulu yolu bağlanıb. Hazırda nəqliyyatın hərəkətinin bərpa olunması üçün yola duz, qum səpilir, ağır texnika cəlb olunub. Gecə yolların buz bağlayacağı bildirilir.

Bakı-Şamaxı-Ağsu yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər.
Bu xəbər oxucular tərəfindən 1909 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed