Şrift:
Ukraynanın Azərbaycandakı səfirliyi Mariupolda baş verən faciə ilə bağlı bəyanat yayıb
26.01.2015 [14:35] - Gündəm, Siyasət
Ukraynanın Azərbaycandakı səfirliyi yanvarın 24-də Mariupolda baş verən faciə ilə bağlı bəyanat yayıb.

Səfirlikdən daxil olan bəyanatda bildirilir ki, separatçıların Mariupolu atəşə tutması nəticəsində 30-a yaxın dinc sakin ölüb, 100-dən çox insan yaralanıb.

Bu faciənin 13 yanvarda 12 dinc sakinin avtobusda mərmi atəşinə tuş gəldiyi hadisədən sonra Ukrayna üçün növbəti ağır zərbə olduğu qeyd olunur.

Bəyanatda Ukraynanın bütün sivil dünya ictimaiyyətini terror və təcavüzə qarşı mübarizə aparmağa, Azərbaycan, Gürcüstan, Moldova, bu gün də Ukraynanın ərazi bütövlüyünə səbəb olan keçmişdəki səhvlərin qarşısını almağa çağırdığı qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed