27.01.2015 [08:36] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Nəhayət, Ermənistan rəhbərliyi başa düşdü ki, son zamanlar qoşunların təmas xəttində baş vermiş hadisələr və işğalçı silahlı qüvvələrin şəxsi heyətinin xeyli itki verməsi nəticəsində ruhdan düşmüş ordunun döyüş ruhunu qaldırmağın vaxtı çatıb.
Ermənistan prezidenti Serj Sarkisyan bazar ertəsi Silahlı Qüvvələrin iclasında iştirak edib. Onun ardıcıl təhdidlər, həyasızlıq və boşboğazlıqla dolu çıxışının yalnız bir məqsədi var - öz hərbçilərinin mənəvi-psixoloji vəziyyətini yüksəltmək.
Lakin hər şey barədə ardıcıllıqla.
İclas iştirakçıları "vətən sərhədlərinin müdafiəsi zamanı həlak olmuş qəhrəmanlar"ın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Hansı sərhədlər? Hansı vətən? Hətta sizin vətənizin Ermənistan olması böyük sual altındadır. Qarabağın sizin vətəniniz olmaması isə ümumiyyətlə həqiqətdir. Lakin həqiqətin əleyhinə getmək sizin üçün yeni bir şey deyil. Ermənistan vətəndaşları nə uğrunda ölürlər? Bu sualı, hər şeydən əvvəl, ölən əsgərlərin anaları öz rəhbərliklərinə verməlidirlər.
Ardınca Sarkisyanın çıxışı klassik ssenari üzrə davam etdi. Biri yalan danışır, başqaları isə qulaq asırlar.
Sarkisyan bildirib: "Çıxışıma onunla başlamaq istəyirəm ki, ilin əvvəli gərgin oldu və biz düşmənin çoxsaylı hücum fəaliyyətlərinin şahidi olduq. Bizim kədərli itkilərimiz olub..."
Burada Ermənistan prezidenti yalan və doğrunu klassik olaraq bir arada yerləşdirir. Cənab dövlət başçısı, söhbət hansı hücum fəaliyyətindən gedir? Olduğunuz yerdən işğal edilmiş ərazilərin neçə faizini azad etmisiniz? Əgər azad etmisinizsə, etiraf edin. İtkilər barədə söylədiyi isə doğrudur. Bununla mübahisə etmək olmaz. Yeri gəlmişkən, özünüzdə bu itkiləri etiraf etməyə güc tapsanız, o zaman Azərbaycan Silahlı Qüvvələrinin itkiləri ilə müqayisədə itkilərinizin miqyası aydın olacaq. Siz itkilərinizin azərbaycanlılara baha başa gələcəyini bəyan etməklə onu da yaxşı başa düşürsünüz ki, itkilər müqayisə edilə bilməz.
Sonra... Yalandan yalan doğar. Ermənistan prezidentinin sözlərinə görə, "düşmənin hücumu"nun məqsədi Ermənistan ətrafında daim gərginlik yaratmaqdır: "Bu, açıq şantaj siyasətidir, onun əsas ünvanı bizdən daha çox beynəlxalq ictimaiyyətdir". Görün, beynəlxalq ictimaiyyətin şantaj edilməsindən kim danışır? Dünya erməniçiliyinin metastazının köməyi ilə təkcə beynəlxalq ictimaiyyəti deyil, həmçinin beynəlxalq ictimaiyyətin Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi barədə qərar və çağırışlarını şantaj edən ölkə.
Ardınca Sarkisyan deyib: "Bakı şıltaqlıqlarının qarşılanmayacağı təqdirdə nəyə qadir olduğunu hamıya göstərməyə çalışır". Söhbət hansı şıltaqlıq, hansı tərslikdən gedir? İşğal edilmiş torpaqların azad edilməsindən, işğalçı erməni qoşunlarının çıxarılmasından, qaçqınların doğma torpaqlarına qayıtmasındanmı? Bunu BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri də deyir. Yəni, cənab Sarkisyan, sözlərinizdən belə çıxır ki, bu, dünyanın ən nüfuzlu təşkilatı olan BMT-nin də "kaprizləridir".
Serj Sarkisyan qeyd edib ki, hər dəfə Ermənistanda hər hansı problem olanda və ya kədərli hadisələr baş verəndə Azərbaycana elə gəlir ki, onun ulduz saatı çatıb və dərhal özünü ön mövqədə göstərməyə başlayır.
Cənab Prezident, ümumiyyətlə, ölkənizdə kədərli hadisələr nə vaxtsa qurtarırmı? Kədərli hadisələr olmadan "çox əzabkeş erməni xalqı" olmaz ki.
Ermənistanın dövlət başçısının Azərbaycanın ünvanına hədələrlə dolu çıxışı nədənsə ötən əsrin 90-cı illərinin əvvəllərindəki hadisələri xatırladır. Lakin indi artıq nə 90-cı illərdir, nə də Azərbaycan əvvəlki Azərbaycandır.
Sarkisyan hədələyərək qeyd edir ki, bundan sonra forma baxımından asimmetrik cavab tədbirləri ola bilər. Cənab Prezident, siz onu da dəqiq bilirsiniz ki, ermənilərin asimmetrik fəaliyyətləri nədir. Bu, qadın, uşaq və qocaların vəhşicəsinə öldürülməsidir.
Ermənistanın dövlət başçısı bildirir: "Bizim üçün fəlakət hazırlayanlara qarşı amansız olmalıyıq". O, məsləhətinin arxasında durmağa hazırdırmı?
Hazırda Ermənistan xalqı üçün fəlakəti onun rəhbərliyi hazırlayır. Ona görə də əgər "amansız" olmaq lazımdırsa, o zaman Ermənistan rəhbərliyi özünü xarakiri etməlidir.
Sarkisyanın "Ermənistan daha doğru olan razılığa gəlmək və danışıqları davam etdirmək fikrinə sadiqdir" deməsi isə həyasızlığın ən yüksək həddidir. Əgər siz danışmağa hazır olsaydınız, bu məsələ artıq həll olunmuşdu. Məzh sizin danışıqları aparmaq qabiliyyətinə malik olmamağınız vətəndaşlarınızın ölümünə səbəb olur.

Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |