04.01.2012 [12:16] - Gündəm
İran tezliklə dünya ilə internet əlaqəsini tamamilə kəsəcək. Bu barədə İran İnformasiya Təşkilatının rəsmi nümayəndəsi Peyam Kərbasi açıqlama verib.
O bildirib ki, İranda “intranet” adlı milli internet fəaliyyətə başlayacaq və vətəndaşlara yalnız ölkə daxilində intranetdən istifadəyə icazə veriləcək: “Bu, internet deyil, intranetdir. Yəni yalnız ölkə daxilini əhatə edən milli internetidir. Bununla da İranın tezliklə dünya ilə daha internet əlaqəsi qalmayacaq”. Peyam Kərbasinin sözlərinə görə, intranetin sürəti 2 meqabayt olacaq. İran İnformasiya Təşkilatının başqa bir nümayəndəsi isə son günlər ölkədə internetin sürətinin azalmasına da toxunub: "Milli şəbəkə üzərində iş aparıldığı üçün İranda son günlər internetin sürəti azalıb. İki həftəyə qədər intranet istifadəyə hazır olacaq”.

Bu xəbər oxucular tərəfindən 952 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |