Şrift:
Ukraynanın BMT-dəki səfiri: “Ukraynanın şərqində 12 mindən çox Rusiya əsgəri var”
27.01.2015 [11:38] - Gündəm, Hərb
UNİAN-nin verdiyi məlumata görə, səfir BMT Təhlükəsizlik Şurasının Ukraynada yaranmış vəziyyətə həsr olunan iclasında çıxış edərək bildirib ki, bu rəqəm çoxsaylı müstəqil müşahidəçilər və beynəlxalq təşkilatların Ukraynadakı missiyaları tərəfindən təsdiqlənib: “Ötən dəfə biz bu zalda Ukraynada 9 min Rusiya əsgərinin olduğunu söyləmişdik, indi isə bu rəqəm 12 mindir. Onların sərəncamında 235 tank, 720 zirehli texnika, 263 artilleriya sistemləri var. Rusiya tərəfinin buna hər hansı izahat verməsi yaxşı olardı. Onlar Ukraynanın suveren ərazisində nə edirlər? Bu qüvvələr dərhal çıxarılarsa, problemi həll etmək xeyli asan olardı”.

Y. Sergeyev qeyd edib ki, Rusiyanın BMT-dəki nümayəndəsi bu məsələdən danışmaq əvəzinə, “çevriliş”, “Bandera”, “faşistlər”, “rusdillilərin hüquqlarını pozulması”, “antisemitizm” nağıllarını təkrarlamağa davam edir. O, Rusiya səfirinin bir dəfə də olsun Volnovaxa və Mariupolda ölən dinc sakinlərlə bağlı başsağlığı vermədiyini vurğulayıb: “Mən bir daha Rusiya Federasiyasını söz oyununa son qoymağa çağırıram. Sizin Ukraynaya qarşı birbaşa və dolayı təcavüzünüzə dair bizdə çoxsaylı sübutlar var”.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed