Şrift:
Çanaqqalada keçirilən tədbirdə Azərbaycanın ənənəvi idman növləri haqqında məlumat verilib
28.01.2015 [00:10] - Gündəm, Gənclik, Türk dünyası-Turan
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) nümayəndəsi Türkiyənin Çanaqqala şəhərində keçirilən “Ənənəvi idman növləri qeyri-formal təhsil ilə” adlı beynəlxalq tədbirdə iştirak edib.

“Gənc idman təlimçilərin və könüllülərin birliyi” təşkilatının keçirdiyi tədbirdə Azərbaycanla yanaşı Fransa Gürcüstan, Bolqarıstan və Türkiyə də təmsil olunub.

Məqsəd fiziki qüsurlu gənclərin idman vasitəsilə cəmiyyətə inteqrasiyasına dair biliklərin artırılması, ənənəvi idman növlərinin gəncləri birləşdirən bir amil olaraq iştirakçılara çatdırılması, qarşılıqlı anlaşma və mədəni inteqrasiyanın əhəmiyyətinin əyani nümayiş etdirilməsidir. Tədbir həmçinin Avropa ölkələrinin gəncləri arasında tolerantlıq, qarşılıqlı anlaşma və həmrəyliyin təşviq edilməsini nəzərdə tutur.

Tədbirdə mövzu ilə bağlı seminarlar, iştirakçı ölkələrdə ənənəvi idman növlərinə dair əyani təlim və fəaliyyətlər təşkil olunub. Bunların yeni öyrədilmə üsulları və cəmiyyətin inkişafında oynadığı rol iştirakçıların diqqətinə çatdırılıb.

ARGTMŞ-ın nümayəndəsi tərəfindən iştirakçılara Azərbaycanın ənənəvi idman növləri haqqında məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 1170 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed