Şrift:
Fərəc Quliyev: -Hazırda atəşkəs rejimi adı altında müharibənin qeyri-aktiv fazası davam edir-
27.01.2015 [15:39] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Son günlər cəbhədə baş verən gərginlik və Ermənistan prezidentinin səsləndirdiyi fikirlərə millət vəkili Fərəc Quliyevdən cavab gəlib.

Ölkə.az-a danışan millət vəkili Sarkisyanın son bəyanatının mutasiya xarakteri daşıdığını deyib.

"Hazırda atəşkəs rejimi adı altında müharibənin qeyri-aktiv fazası davam edir. Müharibə dayanmayıbdır. Sadəcə olaraq aktiv fazaya keçməyibdir".


-İntensiv olaraq atəşkəsin pozulması hansı amillərlə bağlıdır?

"Bütün bunlar bir neçə amillərlə bağlıdır. Birinci məsələ Ermənistanın daxili ictimai siyasi vəziyyəti ilə, ikinci məsələ isə Rusiyanın Ermənistana təziqi ilə bağlıdır. Rusiya əlində maşa olan Ermənistanla istənilən vaxt konflikti qızışdırmaqla özünə qarşı tətbiq olunan sanksiyalar qarşısında hələ də qərbə özünü göstərmək istəyir.

Üçüncü amil isə danışıqlar prosesində Ermənistan Azərbaycan arasında münasibətlərin beynəlxalq arenada ölkəmizin xeyrinə dəyişməsindən başlayıb. Avropa artıq bütün həqiqətləri bilir. Ermənilərə isə indiki status kvonu saxlamaq üçün bu cür yollara əl atmaqdan başqa çarə qalmayıb.

Ermənistan istəyir ki, daxildə olan gərginliyi səngitmək üçün diqqəti daha çox cəbhə bölgələrinə yönəltsin. Bunun da fonunda onların bəyanat verməsi, Azərbaycanı hədələməsi mutasiya xarakteri daşıyır. Bunların hər biri daxili ictimai rəyə hesablanmış davranışlardır. Gerçək odur ki, Ermənistan tərəfi hazırda çox aciz vəziyyətdədir".

Qeyd edək ki, Ermənistan prezidenti Sarkisyanın bazar ertəsi Ermənistan Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı çoxsaylı sürprizlərin gözləndiyini demişdi.

Fatimə İbrahimova
Ölkə.az
Bu xəbər oxucular tərəfindən 980 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed