04.01.2012 [12:25] - Gündəm
Bu gün BMT Təhlükəsizlik Şurasının 2012-ci ildə ilk iclası keçiriləcək. Azərbaycan və digər dörd müvəqqəti üzv - Mərakeş, Qvatemala, Pakistan və Toqo yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasında səlahiyyətlərinin icrasına başlayıblar. İlk iclasın axşam saatlarında başlayacağı gözlənilir.
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev “İTAR-TASS” agentliyinə bildirib ki, Azərbaycan BMT TŞ-da baş verən bütün proseslərdə, qərarların hazırlanması və qəbulunda, işçi komitələrinin və qrupların fəaliyyətində fəal iştirak etmək niyyətindədir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan Aqşin Mehdiyev bəyan edib ki, rəsmi Bakı BMT-nin münaqişə ilə bağlı qəbul olunmuş qətnamələrinin icrasında israr edib və edəcək. O ümid etdiyini bildirib ki, Azərbaycanın beynəlxalq səhnədəki nüfuzu və Təhlükəsizlik Şurasında üzvlüyü münaqişənin tənzimlənməsində müsbət rol oynaya bilər.
BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Suriya məsələsinə toxunan Azərbaycanın daimi nümayəndəsi qeyd edib ki, hər iki tərəf qarşıdurmanı daha da dərinləşdirə biləcək hərəkətlərdən çəkinməlidir: “Eyni zamanda hazırkı mərhələdə Suriya məsələsinə xarici müdaxilə barədə danışmağa ehtiyac yoxdur. Qarşıdurmanın gərginləməsindən çəkinərək insanlara məsələni özləri tərəfindən həll edilməsinə imkan vermək lazımdır”.
Fələstin probleminə toxunan Azərbaycanın daimi nümayəndəsi xatırladıb ki, rəsmi Bakı Fələstin dövlətini artıq çoxdan tanıyıb və Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir: “Düşünürəm ki, biz məhz bu mövqedən çıxış edəcəyik”.

Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |