28.01.2015 [10:06] - Gündəm, Borçalı
Tiflisdə M.F.Axundov adına Mədəniyyət Muzeyində əcnəbi vətəndaşlar üçün Azərbaycan dili kursları fəaliyyət göstərir.
Muzeyin elmi işçisi Cəmilə Hacıyevanın verdiyi məlumata görə, Tiflisdə və azərbaycanlıların kompakt yaşadığı bölgələrdə yaşayan əcnəbilər könüllü olaraq muzeyin kitabxanasına müraciət ediblər və onlara Azərbaycan dilini öyrətməyi xahiş ediblər: "Biz də bu xahişi nəzərə aldıq və Amerikadan və digər ölkələrdən gələn əcnəbilərə Azərbaycan dilini öyrətməyə başlamışıq. Artıq 3-4 nəfər bu dili üç ay ərzində öyrənib. Onu da deyim ki, dilimizi öyrənmək üçün Tiflisdə yaşayan gürcülər də bizə müraciət edirlər. Biz onlara Azərbaycan dilinin qrammatikasını və danışıq dilini öyrədir, dilimizin gözəllikləri haqqında ətraflı məlumat veririk. Bu sahədə müsbət irəliləyiş var. Bir çox əcnəbi vətəndaşlar Azərbaycan dilində sərbəst danışa bilirlər. Onu da qeyd edim ki, Azərbaycan dilini daha mükəmməl şəkildə öyrətmək üçün kitablarımız çox azdır. Biz əsasən, yerli azərbaycanlı müəlliflərin Azərbaycan dili haqqında nəşr etdirdiyi kitab və lüğətlərdən istifadə edirik", deyə C. Hacıyeva bildirib.

Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |