Şrift:
ATƏT Rusiyanı Ukrayna ilə sərhədi bağlamağa çağırıb
28.01.2015 [10:07] - Xəbərlər, Hərb
ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Rusiyaya müraciət edərək Ukrayna ilə sərhədi bağlamağa çağırıb.

“İnterfaks”ın verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.

“Rusiya rəhbərliyi Ukraynada münaqişənin dinc yolla nizamlanmasının vacibliyi barədə bəyanatlar verib. İstənilən növ silahın və silahlıların Ukraynanın şərqinə axınının qarşısını almaq üçün mən Rusiyanı sərhədi bağlamağa çağırıram”, deyə İlkka Kanerva qeyd edib.

“Sərhəd bağlandıqda toqquşmalardan ziyan çəkmiş mülki əhaliyə humanitar yardımın çatdırılması yolları müəyyənləşdirilməlidir”, deyə Kanerva əlavə edib
Bu xəbər oxucular tərəfindən 723 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed