Şrift:
BİLDİRİŞ
28.01.2015 [10:08] - Gündəm, Bildiriş
Bildiyiniz kimi Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bir müddət öncə Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb. Sonuncu öldürülərək Dağlıq Qarabağda dəfn olunub. Ermənistan Hökuməti tərəfindən D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir Beynəlxalq qurum və dövlətlərin isə Dilqəm Əsgərov və Şahbaz Quliyevin “məhkəməsi” ilə bağlı susqunluğu başa düşülən deyil.Problemlə bağlı Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin mətbuat xidməti xəbər verir ki, fevral ayının 3-ü, saat 12:00, 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Girovların azad edilməsində Beynəlxalq qurumların hərəkətsizliyi” adlı dəyirmi masa keçiriləcəkdir. Tədbirə hər kəs dəvətlidir. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən əlaqəli Beynəlxalq qurumların və səfirliklərin də nümayəndələri iştirak edəcəkdir.Bununla yanaşı Azərbaycanın ziyalıları, incəsənət xadimləri və millət vəkillərinin də iştirakı istisna edilmir.!.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed