28.01.2015 [13:02] - Gündəm, Bildiriş
Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu uzun müddət mədə xərçəngindən əziyyət çəkərək dünən dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb.
1962-1963-cü ildə Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub.
Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Cumhuriyyət" (1993) və "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.
2000-ci ildə Azərbaycanın Milli Məclisinə deputat seçilib.
Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, xalq şairi Vaqif Səmədoğlunun yaxınlarına və dostlarına Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev başsağlığı verib.
Başsağlığında deyilir: "Azərbaycan xalqını sevən ömrünü xalqının müstəqil gələcəyinə sərf edən hər bir dostumuzu itirmək bizlər üçün ağır itgidir.
Ömrünü milli yaradıcılığa həsr etmiş xalq yazıçısı Vaqif Səmədoğlunu sayğıyla anır, ruhuna Allahdan rəhmət, bütün doğma və yaxınlarına səbr diləyirik.
Yeri Behişt, məkanı Cənnət olsun!

Milli Dirçəliş Hərəkatı Partiyası adından
partiya sədri, millət vəkili Fərəc Quliyev”

Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |