29.01.2015 [09:07] - Gündəm, Siyasət
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik daha da aktivləşdirilməli, görülən tədbirlər təkcə ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən ibarət olmalı deyil. Bunu Almaniyanın Təhlükəsizlik və Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Uve Halbax Ermənistan mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçilikdə getdikcə daha çox iştirak edir, çünki Cənubi Qafqazdakı bu münaqişə tam dondurulmuş deyil: "Biz Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hələlik nəzarət etməyin mümkün olmadığı hadisələri daha diqqətlə izləməliyik".
Ekspert qeyd edib ki, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində vasitəçiliyi Avropanın daha geniş vasitəçilik fəaliyyətinin hissəsi ola bilər.
U.Halbax əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsini dondurulmuş hesab etmək olmaz: "Qoşunların təmas xəttində vəziyyət qəflətən, bəlkə də bilməyərəkdən gərginləşə bilər. Vəziyyət nəzarətdən çıxarsa, təsadüfən müharibə başlaya bilər. Biz 20 ildən çoxdur münaqişənin hərbiləşməsinə yol verməməyə çalışırıq, lakin əhəmiyyətli nəticələr əldə etməmişik. Fikrimcə, səbəb xarici qüvvələrdə deyil, komrpomisə getmək istəməyən daxili qüvvələrdədir. Rusiya, ABŞ və ya Avropa da daxil olmaqla, kimin vasitəçilik missiyası ilə çıxış etməsindən asılı olmayaraq, münaqişənin nizamlanmasının əsas hərəkətverici qüvvəsi xarici oyunçular deyil, kompromis əldə etməli olan münaqişə tərəfləri olmalıdır".
Münaqişənin nizamlanması üzrə danışıqlar formatında mümkün dəyişikliklərə gəlincə, U.Halbax qeyd edib ki, hazırda Avropa İttifaqının bu formatda mümkün iştirakı müzakirə olunur: "Lakin formatın dəyişməsinin hər hansı sıçrayışa gətirib çıxaracağına inanmıram, çünki əminəm ki, bu, böyük ölçüdə daxili oyunçulardan asılıdır. ATƏT-in Minsk qrupu danışıqlarda sıçrayış əldə etmək üçün əsas Madrid prinsiplərini müzakirələrin prioriteti edə bilmədi".
Almaniyalı politoloq Türkiyənin münaqişənin nizamlanması işində vasitəçi olacağını da istisna edib: "Zənnimcə, Türkiyə obyektiv vasitəçi ola bilməz, çünki bu ölkənin bir tərəfdən Azərbaycanla sıx əlaqələri var, digər tərəfdən isə Ermənistanla heç bir münasibəti yoxdur. Türkiyə Cənubi Qafqaz regionu üçün siyasi və iqtisadi baxımdan çox vacibdir, lakin bu ölkəni münaqişənin nizamlanması prosesində vasitəçi qismində təsəvvür edə bilmirəm".

Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |