Şrift:
Ukraynada separatçılar Minsk razılaşmasından imtina etdiklərini bildirib
29.01.2015 [09:09] - Gündəm, Hərb
Qondarma Donetsk xalq respublikası Minsk razılaşmasından imtina etdiyini bildirilib.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə “DXR” özünümüdafiə qərargahının rəsmisi Eduard Basurin deyib

“Minskdə imzalanan sazişlər artıq qüvvədən düşüb. Buna baxmayaraq, biz danışıqları davam etdirməyə hazırıq”, deyə E.Basurin bildirib.

Bundan əvvəl, “DXR” parlamentinin vitse-spikeri Denis Puşilin bəyan etmişdi ki, rəsmi Kiyevin qondarma Donetsk və Luqansk xalq respublikalarının terror təşkilatı kimi tanınması ilə bağlı təşəbbüsü Minsk razılaşmalarının pozulmasına yönəlib.
Bu xəbər oxucular tərəfindən 749 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed