29.01.2015 [09:09] - Xəbərlər, Bildiriş
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməsi məsələsinə baxılıb.
Avropa bürosunun xəbərinə görə, bu məsələ ilə bağlı qurumun Monitorinq Komitəsindən Stefan Şennaxın məruzəsi, Nizam-İntizam Komitəsindən isə Hans Frankenin hazırladığı xüsusi rəy müzakirə olunub.
Xatırladaq ki, AŞPA-nın ötən ilin aprelində keçirilmiş yaz sessiyasında qurum Rusiya nümayəndə heyətinin səsvermə səlahiyyətlərini 2014-cü ilin sonuna qədər dondurub. Bu sessiya ərzində isə bir qrup parlamentar Rusiyaya qarşı sanksiyanı daha bir il müddətinə uzadılması təklifi ilə çıxış edib.
İclasda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi edilməsi ilə bağlı da təkliflər səsləndirilib. Çıxış edən avropalı parlamentarlar Rusiyanın ötən il Krımı işğal etdiyini və bununla da beynəlxalq hüquq normalarını pozduğunu bildiriblər.
İsveçrəli parlamentar Andres Qross isə sərt qərarların heç bir nəticə verməyəcəyini, Rusiya ilə dialoq aparılmasının tərafdarı olduğunu deyib.
Parlamentar Pedro Aqramunt isə Krımda tatarların çox acınacaqlı vəziyyətdə olduğunu qeyd edib, Rusiyanı bu məsələnin həlli üçün addımlar atmağa çağırıb.
Bundan başqa, Assambleya üzvləri Rusiyanı Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nadiya Savçenkonu dərhal azad etməyə çağırıblar.
Müzakirələrdən sonra Rusiya tərəfinin hesabatla bağlı irəli sürdüyü əlavə və dəyişikliklərin heç biri qəbul olunmayıb. Rusiyaya qarşı olan təkliflərin bir çoxu isə hesabata daxil edilib.
Rusiyanın AŞ PA-dakı nümayəndə heyətinin səsvermə hüququ qurumun aprel sessiyasına qədər dondurulub. Həmçinin Rusiya nümayəndə heyətinin Assambleyanın Daimi Komitəsi və Sədrlər Komitəsindəki iştirakı dayandırılıb.
Qətnamə layihəsi bütünlüklə səsə qoyulub, 160 səs lehinə, 42 səs əleyhinə olmaqla qəbul olunub.

Bu xəbər oxucular tərəfindən 890 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |