04.01.2012 [12:43] - Gündəm
“İranın Hörmüz boğazını bağlamaq niyyəti yoxdur. Ümumiyyətlə, belə bir addım atmaq bizim strateji planlarımıza daxil deyil”. Bunu İranın Hərbi-Dəniz Qüvvələrinin komandanının müavini, kontr-admiral Seyid Mahmud Musəvi bildirib. Onun sözlərinə görə, İran Hörmüz boğazındakı hərəkətə mane olmayacaq: “Son günlərdə “Vəlayət-90” adı altında keçirilmiş on günlük hərbi manevr sadəcə təlim xarakteri daşıyıb. Manevr zamanı İran Hərbi-Dəniz Qüvvələrinin gücü nümayiş etdirilib. Əgər lazım gələrsə, Hörmüz boğazını necə tam nəzarətə götürmək sınaqdan keçirilib”.
Bu xəbər oxucular tərəfindən 1010 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |