Şrift:
XİN: Türkiyə, Azərbaycan və Türkmənistan əhəmiyyətli enerji layihələrini müzakirə edəcəklər
29.01.2015 [11:54] - Gündəm, Türk dünyası-Turan
Azərbaycan, Türkiyə və Türkmənistan təkcə region üçün deyil, eləcə də Avropa üçün əhəmiyyətli olan enerji layihələrini müzakirə edəcəklər. Türkiyənin Anadolu agentliyi xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

Onun sözlərinə görə, bununla əlaqədar Türkiyə, Azərbaycan və Türkmənistan XİN rəhbərlərinin bugünkü görüşü mühümdür.

Çavuşoğlu qeyd edib ki, bundan əlavə, üç ölkənin birgə fəaliyyət göstərməsi də mühüm əhəmiyyət kəsb edir.

Yanvarın 29-da Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin görüşü keçirilir.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed