29.01.2015 [17:32] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan ərazisinə soxulması və Silahlı Qüvvələrimiz tərəfindən vurulması əvvəla onu göstərir ki, Ermənistan atəşkəs rejimini pozmaqla bir neçə məsələyə diqqəti yönəltmək istəyir”. Bu barədə Trend-ə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev deyib.
O, qeyd edib ki, birincisi, Ermənistan hakimiyyəti diqqəti ölkə daxilindəki çox ağır ictimai-siyasi gərginlikdən cəbhə xəttinə yönəltmək istəyir: “İkinci məsələ isə budur ki, danışıqlar prosesini pozub status-kvonu saxlamaq istəyirlər”.
F.Quliyev vurğulayıb ki, amma hər halda nəticə olaraq bir daha müəyyən oldu ki, Azərbaycan Silahlı Qüvvələri bütün imkanlara malikdirlər və ermənilərin Azərbaycan ərazisində hər hansı hərəkətləri olacaqsa, cavablarını alacaqlar: “Bundan əvvəl Ernmənistan hərbi helikopterinin vurulması, indi də uçan aparatın vurulması onu göstərir ki, Azərbaycan tərəfinin erməniləri istənilən formada susdurmaq üçün imkanları var və onlar bunu nəzərə almalıdır”.

Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |