30.01.2015 [00:11] - Gündəm, Qərbi Azərbaycan-İrəvan
Görkəmli şair Eldar İsmayılın “Oğuz yurdunun övladları” kitabında işıqlandırılan Türk ziyalı xanımlardan olan Zərifə İbrahim qızı Əliyeva da 1946-cı ildə Qərbi Azərbaycanın Krasnoselo(Çənbərək) rayonunun Əmirxeyir kəndində anadan olmuşdur. Zərifə xanım 1961-ci ildə Gölkənd orta məktəbini bitirdikdən sonra H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitutunun “Pedaqogika və ibtidai təhsil metodikası” fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə dərs əlaçısı olan Zərifə Əliyeva həm də fəal ictimaiyyətçi kimi tanınmışdır. İnstitutda fəaliyyət göstərən Tələbə Elmi Cəmiyyəti, “İnqilabi və beynəlmiləl şöhrət şurası”nın üzvü olmuşdur. Oxuduğu müddətdə M.F. Axundov adına təqaüdlə təmin edilmişdir.
1966-cı ildə həmin institutu fərqlənmə diplomi ilə bitirib Qəbələ (Qutqaşen) rayonuna təyinat almışdır. Bir müddər qəsəbə internat məktəbində sinif müəlliməsi və tərbiyəçisi kimi fəaliyyət göstərmiş, sonra rayon Komsamol Komitəsində II katib işləmişdir. Zaqafqaziya Ali Komsomol məktəbini (Ali Partiya məktəbi nəzdində) bitirmişdir.
1968-ci ilin sentyabrında ailə qurduğu üçün Bakıya köçmüş və Nərimanov rayonu 93 saylı məktəbdə sinif müəlliməsi işləmişdir. 1975-ci ilin dekabrında Azərbaycan ETPEİ-nun əyani aspiranturasına daxil olmuşdur. 1985-ci ilədək həmin institutda elmi işçi vəzifəsində çalışmışdır. 1983-cü il aprelin 22-də İrəvan şəhərində X. Abovyan adına Pedoqoji İnstitutda “Yeni biliklərin öyrənilməsi prosesində təkrarın təşkili imkanları” mövzusunda dissertasiya müdafiə etmişdir.
1985-ci ildən Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mədəniyyət tarixi və nəzəriyyəsi kafedrasının dosentidir. 30-a qədər elmi məqalə, metodik göstərici, proqram, dərs vəsaitinin müəllifidir.
Zərifə xanım ehtiram və hörmətə layiq, millətimizə qürur verən xanımlardan biridir.
Hazırladı: Niftalı Göyçəli

Bu xəbər oxucular tərəfindən 1338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |