Şrift:
6 top buraxdığına görə qovuldu
30.01.2015 [00:24] - Gündəm, İdman
Şotlandiyanın "Dandi" futbol klubunun rəhbərliyi alman qapıçı Arvid Şenki komandadan qovub.

Xarici mətbuatın verdiyi məlumata görə, buna səbəb onun ölkə çempionatında "Dandi Yunayted" ilə oyunda 6 top buraxması olub.

Derbi "Dandi"nin 2:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Bu, qapıçının komandada ilk və sonuncu oyunu olub. 25 yaşlı qapıçı ötən ilin oktyabrında komanda ilə müqavilə bağlamışdı. Beləliklə, o, komandada cəmi 4 ay qala bilib.
Bu xəbər oxucular tərəfindən 673 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed