30.01.2015 [08:55] - Gündəm, Siyasət
“Son günlər cəbhə xəttində vəziyyətin gərginləşməsi və bu gün də Ermənistanın pilotsuz uçan aparatının Azərbaycan səmasında peyda olması növbəti bir təxribatdır”. Bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Elman Məmmədov deyib.
Onun sözlərinə görə, düşmənin bu uçan aparatı göndərməkdə məqsədi o idi ki, kəşfiyyat aparsın, vəziyyəti öyrənsin və növbəti təxribata hazırlaşsın: “Azərbaycan tərəfi də onu dərhal məhv etdi. Azərbaycan Ordusunun bu hərəkəti onu göstərir ki, Azərbaycan Ordusu ayıq-sayıq dayanıb və bütün təxribatların qarşısını almağa hazırdır”.
E.Məmmədov əlavə edib ki, ermənilər heç nədən, nə ATƏT-in Minsk qrupunun yalançı bəyanatlarından, nə də başqalarının sözündən çəkinmədən, özlərinin məkirli niyyətlərini həyata keçirmək üçün, Azərbaycana hərbə-zorba gəlmək üçün, torpaqlarımızı işğal altında saxlamaqda davam etmək üçün hər gün yüz dəfədən artıq atəşkəsi pozur: “Bu o deməkdir ki, atəşkəs yoxdur, müharibə gedir və müharibə də Azərbaycan ərazisində gedir. Ermənilər də öz təxribatlarını dayandırmayacaq, əksinə, gündən-günə daha da şiddətləndirir. Əslində bu gün iqtisadiyyatı darmadağın olmuş, dilənçi vəziyyətində olan Ermənistan bu təxribatları törətmək, pilotsuz aparat uçurtmaq gücündə deyil. Bunun hamısı maliyyə vəsaiti tələb edir. Axı bu maliyyə vəsaiti onlarda yoxdur. Demək, bu silahı onlara verənlər var, bunları maliyyələşdirən var. Beynəlxalq birlik də ancaq onları qoruyur”.
Millət vəkili bildirib ki, Azərbaycanın ümidi yalnız özünə qalıb: “Azərbaycan bu hüququ özündə saxlayır ki, öz ərazisini düşməndən təmizləsin. Azərbaycan öz ərazisindən erməniləri silib atmağa hazırdır və gündən-günə Azərbaycan öz hazırlığını daha da gücləndirir”.

Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |