Şrift:
Atlantik Şuranın təşkil etdiyi konfransın məruzəçiləri ABŞ Vitse-Prezidenti Cozef Bayden ilə görüşmüşlər
30.01.2015 [09:00] - Gündəm, Siyasət
ABŞ-ın ən nüfuzlu analitik mərkəzlərindən biri olan “Atlantik Şura”nın hazırda Avropa Ittifaqına sədrlik edən Latviya ilə birgə 29-30 yanvar tarixlərində Vaşinqtonda təşkil etdiyi “Avropanın Şərqi üçün Transatlantik Strategiyaya doğru” başlıqlı konfransına dəvət olunmuş məruzəçilər yanvarın 29-da ABŞ-ın Vitse-Prezidenti Cozef Bayden ilə görüşmüşlər.

Konfransda Azərbaycanı təmsil edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da ABŞ Vitse-Prezidenti ilə görüşdə iştirak etmişdir.

Toplantı zamanı o cümlədən Azərbaycanın Avropa İttifaqının Şərt Tərəfdaşlığında iştirakı və gələcək perspektivlər müzakirə olunmuş, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə qeyd edilmiş və eləcə də ABŞ-Azərbaycan ikitərəfli münasibətlərinə toxunulmuşdur.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed