Şrift:
Millət vəkili: Azərbaycan onların "son model" sandığı pilotsuz təyyarənin istehsalı ilə çoxdan məşğuldur
30.01.2015 [11:04] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
"Bizim artıq uçan sistemləri məhv etmək üçün bütün avadanlıqlarımız var"

Bir neçə saat bundan öncə cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilməsi barədə xəbər vermişdik.

Cəbhənin Ağdam istiqamətində baş verən son hadisəni millət vəkili Fərəc Quliyev Ölkə.az-a şərh edib.

"İki ölkənin nazirlərinin bəyanatından sonra Ermənilər onların ağlında olan "son model" aparatlardan istifadə edərək əllərində müəyyən vasitənin olduğunu sübut etmək istəyirlər.

Hansı ki, həmin aparatı onların əldə etmək imkanı belə yoxdur. Azərbaycan isə onların "son model" sandığı pilotsuz uçan aparatın istehsalı ilə çoxdan məşğuldur.

Özlərində olmayan bir şeyi ortaya çıxarıb, güclü görünmək istəyirlər. Göründüyü kimi onlar çox layiqli cavab aldılar. Gördülər ki, Azərbaycan istənilən aparatı məhv edə bilər. Bizim artıq uçan sistemləri məhv etmək üçün bütün avadanlıqlarımız var. Ermənilər sadəcə danışıqlar prinsipini pozmaq istəyir".

Qeyd edək ki, bu gün ordumuz tərəfindən Ermənistanın pilotsuz təyyarəsi məhv edilib.

Fatimə İbrahimova
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed