Şrift:
Prezident: Gülən hərəkatı ilə mübarizə Türkiyənin milli siyasətidir
30.01.2015 [14:12] - Gündəm, Türk dünyası-Turan
Türkiyə üçün Fətullah Gülənin həbs olunaraq ölkəyə ekstradisiya edilməsi son dərəcə vacibdir. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan "TRT Haber” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Gülən hərəkatı ilə mübarizə Türkiyənin milli siyasətidir.

Ərdoğanın sözlərinə görə, Türkiyə və ABŞ-ın ikitərəfli münasibətləri üçün Gülənin həbs olunaraq ölkəyə ekstradisiya edilməsi son dərəcə vacibdir.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Fətullah Gülən hərəkatının Türkiyədə islam inqilabı planlaşdırdığını bəyan etmişdi.
Bu xəbər oxucular tərəfindən 676 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed