Şrift:
Fərəc Quliyev: ““Freedom House” nə vaxtdan insan hüquqlarını qoruyan təşkilat olub?”
30.01.2015 [17:09] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“İnsan hüquqlarının vəziyyətindən narahat “Freedom House” təşkilatı Ermənistanla Azərbaycanı müqayisə edirsə, onda son zamanlar işğalçı ölkədə baş verən hadisələri, Qarabağda anaların etirazını, Qarabağdan qayıtmaq istəyən zorla ora köçürülmüş ermənilərdən danışsınlar”. Bu fikirləri SİA-ya Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev adıçəkilən təşkilatın “Dünyada azadlıq - 2015” adlı növbəti hesabatından yer alan fikirlərə münasibət bildirərkən deyib.

F. Quliyev deyib: “Dağlıq Qarabağdakı rejimi sevə-sevə dəstəkləyən Qərb dairələri və belə təşkilatlar nədən oradan köçmüş əhalinin hüquqları barədə danışmır? Axı Qarabağda azərbaycanlılar yaşayırdı. Nə üçün belə təşkilatlar oradan qaçqın salınan əhalinin əmlak hüququndan danışmırlar? Xocalıdan, bütövlüklə türk olduğuna görə qırılmış qəsəbənin əhalisindən danışmırlar? Həmin bu təşkilat Misirdə bir gün ərzində “Müsəlman Qardaşları” təşkilatının 400-dən artıq üzvünə edam qərarı çıxarılanda səs çıxarmadı. “Freedom House” nə vaxtdan insan hüquqlarını qoruyan təşkilat olub? Ona görə də “Freedom House”un verdiyi bəyanatlar, fikirlər, münasibətlər bizi üçün əhəmiyyətsizdir. Bu gün azərbaycanlılar ermənilər tərəfindən girov saxlanılır. Onların hüquqları pozulmur? Bunu “Freedom House” təşkilatı “Dünyada azadlıq - 2015” adlı növbəti hesabatında qeyd etməli idi. Çünki, Azərbaycanda yaşayan erməni əsilli azərbaycanlıların bütün hüquqları qorunur. Azərbaycanda kilsələr, sinaqoqlar, məscidlər bərabərdir. Amma, Ermənistanda və işğal altında olan Dağlıq Qarabağda monoetnik bir tərkib var. Yəni, ermənidən başqa heç kim yaşamır. Təbii ki, ağaları, işğalçı rus ordusundan savayı”

Elvin Abdulqədirov
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed