Şrift:
Dövlət Kino-Foto Sənədləri Arxivinə yeni kinosənədlər daxil olub
02.02.2015 [11:29] - Gündəm, Mədəniyyət
Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə 19 saxlama vahidi kino (video) sənəd daxil olub.

Milli Arxiv İdarəsindən bildirilib ki, 2014-cü ili əhatə edən kinosənədlər dövlət başçısının Gəncədə “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlığını, Göygöl rayonunda Olimpiya kompleksinin, gənclər və Məhsəti Gəncəvi mərkəzlərinin, qaçqınlar üçün tikilmiş yeni yaşayış binasının, Bayraq meydanı kompleksinin rəsmi açılışlarını əks etdirir.

Prezidentin Ağdam, Bərdə, Füzuli və Beyləqanda yerləşən hərbi hissələrdə əsgərlərlə görüşünü, NATO-nun baş katibini, Türkiyə və Gürcüstanın dövlət başçılarını rəsmi qəbul etməsini, Yunanıstanla bağlanmış dövlətlərarası sənədlərin imzalanmasını, AŞPA-nın Strasburqda keçirilən yay sessiyasındakı çıxışını, Avropa Komissiyasının sədrlərini qəbul etməsini əks etdirən görüntülər qəbul edilən kinosənədlərin tərkibi hissəsini təşkil edir.

Hazırda arxivdə qəbul edilmiş kino sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənədin qısa, müfəssəl məzmunu haqqında məlumat hazırlanır.
Bu xəbər oxucular tərəfindən 1144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed