03.02.2015 [00:25] - Gündəm, Bildiriş
Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə nisbətən enəcək, hava qeyri-sabit keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, küləkli hava şəraiti yaxın günlərdə davam edəcək, havanın temperaturu 4-5 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 4-də axşam və 5-də müşahidə ediləcək.
Fevralın 3-də Bakıda cənub-qərb küləyi arabir güclənəcək. Fevralın 4-də isə cənub-qərb küləyi şimal küləyi ilə əvəz olunacaq. Fevralın 4-də gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Fevralın 4-də Bakıda gündüz 6-10 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 3-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin müşahidə ediləcək. Fevralın 4-də axşam və fevralın 5-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı proqnozlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |