Şrift:
Ukraynada azərbaycanlının rəhbərlik etdiyi təşkilat Avropa Federal Millətlər İttifaqının üzvü olub
03.02.2015 [00:28] - Gündəm, Diaspor
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin rəhbərlik etdiyi Ukrayna Millətlər Assambleyası (UMA) Avropa Federal Millətlər İttifaqına (FUEN) qəbul edilib.

Assambleyadan verilən məlumata görə, mərkəzi ofisi Parisdə yerləşən təşkilata UMA-nın üzv qəbul edilməsi haqqında qərar yanvarın 27-də təsdiqlənib.

Qeyd edək ki, Avropa Federal Millətlər İttifaqında 90 təşkilat yer alıb. Həmin təşkilatlar özündə 400-dən çox millətin nümayəndəsini birləşdirir. İttifaq Avropada etnik azlıqların müdafiəsi, sosial vəziyyətinin araşdırılması və onların vətəndaş cəmiyyətində rolunu tənzimləyir. Təşkilat Avropa İttifaqı, Avropa Şurası və BMT ilə birgə fəaliyyət göstərir. İttifaqda Avropada fəaliyyət göstərən türk diaspor təşkilatları da cəmləşib.
Bu xəbər oxucular tərəfindən 948 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed