Şrift:
Qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi bu ay Fransa Senatına təqdim olunacaq
05.01.2012 [09:02] - Xəbərlər
Ötən il dekabrın 22-də Fransa parlamentinin aşağı palatası - Milli Assambleyasının qəbul etdiyi uydurma “erməni soyqırımı” da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi yanvar ayının sonuna qədər Fransa Senatına təqdim olunacaq.

Fransanın «France info» radiosunun verdiyi xəbərə əsasən, Fransa hökuməti qanun layihəsinin tez bir zamanda qəbul olunması üçün bu qərara gəlib və bu işin sürətləndirilməsinə xanım Valeri Boayer başda olmaqla, Fransa parlamentindəki hakim partiyanın üzvləri cəlb olunublar. Milli Assambleyanın qəbul etdiyi qanun layihəsini ölkə parlamentinin yuxarı palatasına ötürülməsi, sənədin tam şəkildə qəbul olunması istiqamətində atılmış addım hesab olunur.

Xatırladaq ki, Fransa qondarma “erməni soyqırımı”nı 29 yanvar 2001-ci ildə rəsmən tanıyıb. Qondarma “erməni soyqırımı”nı inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Milli Assambleyada 12 oktyabr 2006-cı ildə bir dəfə qəbul olunub. Lakin 4 may 2011-ci ildə Fransa qanunvericilik institutunun yuxarı palatası olan Senat bu qanun layihəsini əsassız sayaraq, onu təsdiq etməyib. 2011-ci il dekabrın 22-də Fransa parlamentinin aşağı palatası - Milli Assambleya tərəfindən qəbul olunmuş bu qanuna əsasən uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro məbləğində cərimələnməsi nəzərdə tutulur. Qanun layihəsi Fransa parlamentində çoxluq təşkil edən hakim partiya üzvləri tərəfindən təklif olunub, hökumət isə öz növbəsində qanunun qəbuluna tərəfdar olduğunu nümayiş etdirir. Senat tərəfindən qəbul edildikdən sonra sənəd qüvvəyə minməsi üçün Fransa prezidenti tərəfindən imzalanmalıdır.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed