04.02.2015 [00:24] - Gündəm, İqtisadiyyat
Rusiya hökumətinin hazırladığı iqtisadi böhranla mübarizə planı prezident Vladimir Putinə təqdim olunub.
Vladimir Putin bu gün iqtisadi məsələlər üzrə keçirdiyi müşavirədə iqtisadi böhranla mübarizə planının əsas vəzifəsinin sənayeyə, əmək bazarına və maliyyə sektoruna dəstək verməli olduğunu bildirib: “Əlbəttə ki, iqtisadi böhranla mübarizə planının əsas vəzifəsi kənd təsərrüfatı sahəsi, sənaye, kiçik və orta biznes və əmək bazarına dəstəyi təmin etməsidir. Başlıcası iqtisadiyyatın keyfiyyətli artımı, iqtisadiyyatın diversifikasiyası təmin olunmalı və sistemli tapşırıqlar barədə unudulmamalıdır. Bütün bunlar planda öz əksini tapıb”.
Putin qeyd edib ki, hökumət artıq iqtisadi böhranla mübarizə planını həyata keçirməyə başlayıb. Prezident həmin planın bütün müddəalarının yerinə yetirilməsi üçün əlavə resursların tələb olunduğunu da etiraf edib: “Əvvəlki illərdə olduğu kimi xarici konyuktura problemləri ilə üzləşəndə ehtiyat fondlarımızdan, o cümlədən Milli Rifah Fondundan istifadə etmişdik”.
Qeyd edək ki, Rusiya hökuməti iqtisadi böhranla mübarizə üçün 2,34 trilyon rubl (35 mlrd. ABŞ dolları) xərcləməyi planlaşdırır. İqtisadi böhranla mübarizə paketində büdcədə 10 faiz kəsir olacağı, kiçik və orta müəssisələrin dəstəklənməsi, işsizlik fondlarının gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulub. 2016-2018-ci illərdə isə büdcə kəsiri 5 faiz təşkil edəcək.
İqtisadi böhranla mübarizəyə xərclənəcək 35 mlrd. dolların böyük hissəsi bankların xarici borclarının ödənilməsinə yönəldiləcək. İşsizliklə mübarizəyə isə 1 mlrd. dollara yaxın vəsait xərclənəcək. Rusiya büdcəsinin önəmli bir hissəsini təşkil edən müdafiə xərclərində isə heç bir azalma olmayacaq.
Ukrayna böhranı, Qərb ölkələrinin sanksiyaları, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və rublun xarici valyutaya nisbətdə dəyərdən düşməsi Rusiya iqtisadiyyatını çətin vəziyyətə salıb. Ukraynadakı böhranın həlli ehtimalının azalması, beynəlxalq qiymətləndirmə təşkilatlarından gələn mənfi proqnozlar Rusiya hökumətini böhrana qarşı tədbirlər görməyə məcbur edib.

Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |