Şrift:
İŞİD əsir götürdüyü iordaniyalı pilotu diri-diri yandırıb
04.02.2015 [00:24] - Gündəm, Hərb
İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muat əl Kəsasbehin edam səhnəsini əks etdirən kadrları yayıb.

Gazeta.ru-nun verdiyi xəbərə görə, bu barədə Frans Press məlumat yayıb.

Məlumata görə silahlılar girovu diri-diri yandırıb.

İnternetdə yerləşdirilmiş video çarxda silahlıların dəmir qəfəsə salınmış iordaniyalı pilotun üzərinə benzin tökərək diri-diri yandırması səhnəsi əks olunub.

Muat əl Kəsasbeh edam edildikdən sonra onun qalıqları ekskavator vasitəsilə basdırıb.

Qeyd edək ki, bundan əvvəl İŞİD girov götürdüyü 2 Yaponiya vətəndaşını edam edib. Terrorçular girov götürdüyü yaponların və iordaniyalı pilotun azad olunması üçün İordaniya həbsxanalarından 27 terrorçunun azad edilməsini tələb etmişdi.
Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed