Şrift:
Oğuz yurdunun övladları- Balaxanım (Narın) Dağıstan qızı Alıyeva
04.02.2015 [11:09] - Güney Azərbaycan xəbərləri, Qərbi Azərbaycan-İrəvan
Bu yazıları təqdim etməkdə məqsədim əldən gedən ellərimizi, orada anadan olub yaşamış və təhsil almiş, tanınmış ziyalıların həyatı ilə bağlı tariximizi yaddaşlarda təzələməkdir. Bu yazıları oxuyan hər kəs yazıda verilən şəxsin həyatı ilə bağlı keçmiş Qərbi Azərbaycan tarixinin XX əsrinin səhifələrini vərəqləyərək o torpaqların Türk torpaqları olduğunu bir daha yad edir... Görkəmli şair-publisit Eldar İsmayıl Göyçənin bəddi ensiklopediyasını yaratmaqla, eyni zamanda tarixi-publisist oçerk-məqalələrində Qərbi Azərbaycan varlığını kitablar halında təqdim etmişdir... O dahi ziyalı 43 kitabının hamsını Qərbi Azərbaycana həsr etmişdir. Var olun Eldar İsmayıl zəkası!
Eldar İsmayılın “Oğuz yurdunun övladları” kitabında işıqlandırılan Türk ziyalı xanımlardan biri olan Balaxanım Alıyeva 1943-cü ildə Krasnoselo (Çənbərək) rayonun Gölkəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirmiş və bir il kolxozda işlədikdən sonra N. Nərimanov adına ATU-nun müalcə-profilaktika fakültəsinə daxil olmuşdur. 1969-cu ildə institutu bitirmiş və öz arzusu ilə doğma vətəninə təyinat almışdır.
1969-cu ildən 1988-ci ilə qədər doğma rayonun Gölkənd, Şorca, Ağbulaq, Ardanış, Cil, Çaykənd, Əmirxeyir, Bəryabad, Qaraqaya, Yanıqpəyə kəndlərində baş həkim və həkim vəzifəsində işləmişdir.
Balaxanım Alıyeva 1988 və 1995-ci illərdə Həkimləri Təkmilləşdirmə İnstitutunda terapevt həkim ixtisası üzrə kurs keçmiş və 1995-ci ildə “Ali dərəcəli həkim” adını almışdır.
Qeyd etmək yerinə düşərdi ki, Balaxanım- Narın xanım həm bir həkim, həm bir ana kimi müqəddəs insandır. Basarkeçər, Krasnoselo(Çənbərək) və İcevan rayonlarının əhalisi onu bir həkim kimi hörmətlə qarşılamış və bu gün də xətrini uca tutur.
Savadlı bir həkim kimi ad-san qazanmış Narın xanım öz peşəsinin vurğunudur. Otuz il xalqına ləyaqətlə xidmət edən Narın xanım həm də kəndlərində ilk qadın həkimdir. O, N. Nərimanov adını ATU-nun pediatriya fakültəsini bitirmişdir, Sabunçu rayonun 18 saylı uşaq poliklinikasında sahə həkimi işləmiş və hazırda Sabunçu rayon 12 saylı poliklinikasında terapiya şöbəsinin müdiri vəzifəsində işləyir. Hörmət və ehtirama layiq bu ziyalı xanım qürur mənbəyimizdəndir.

Hazırladı: Niftalı Göyçəli
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed