Şrift:
Londonda azərbaycanlı fotoqrafın sərgisi açılıb
04.02.2015 [11:29] - Gündəm, Mədəniyyət
Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində “Asia House” Asiya ekspertiza mərkəzində əslən azərbaycanlı olan tanınmış fotoqraf Aleksandra Kremer-Komasouridzenin “Azadlığın Üzləri” (Faces of Freedom) adlı fərdi foto-sərgisi açılıb.

Açılış mərasimində çıxış edən “Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev, A. Komasouridzenin sənətini yüksək qiymətləndirib. “Buta” Festivalının növbəti tədbirləri haqqında məlumat verən baş direktor Azərbaycan mədəniyyət və incsənətinin Londonda sevilməsinin qürurverici olduğunu ifadə edib.

“Asia House”un incəsənət və təlim üzrə direktoru Pamela Kember sərgi haqqında qonaqlara məlumar verib. İncəsənətin həyatın bütün sahələrini əlaqələndirmək qabliyyətindən bəhs edən P.Kember sərginin xüsusilə azadlıqdan bəhs etməsinin əhəmiyyətini qeyd edib.

Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva fotolarda yer almasından, bu sərginin bir parçası olmasından məmnunluğunu ifadə edib. A. Komasouridzenin yaradıcılığı barədə məlumat verən, kurator sərginin təşkilində yadda qalan xatirələrini iştirakçılarla bölüşüb.

Fotoqraf A. Komasouridze fotoların çəkilməsində və sərginin təşkil edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. İncəsənətin gücünün böyük olduğunu diqqətə çatdıran fotoqraf, bu güclə həyatda bir çox şeyi əldə etməyin mümkünlüyünü qeyd edib.

Sərginin mahiyyəti haqqında məlumat verən fotoqraf insanın daxili azadlığının əhəmiyyətini vurğulayıb və digər insanaların bizləri olduğumuz kimi qəbul etməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra sərgiyə baxış olub

Fevralın 15-ə dək davam edəcək sərgi Azərbaycan, Rusiya, İran, Fransa, Gürcüstan, İngiltərə və ABŞ-dan olan 50 qadının monoxrom formatında çəkilmiş pasport fotolarından ibarətdir. Müəllif, şəxsiyyət, gözəllik və daxili imanı araşdırmaq məqsədilə fotodakı qadınları həm hicablı, həm də hicabsız təsvir edib.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed