04.02.2015 [12:29] - Gündəm, Bildiriş
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, görkəmli Azərbaycan riyaziyyatçısı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi, AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev fevralın 3-də ömrünün 77-ci ilində vəfat edib.
Akif Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub, 1960-cı ildə universiteti bitirərək təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib. İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.
1964-cü ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin müdafiə şurasında “Bəzi operatorlar ailələrinin yaxınlaşma xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1964-74-cü illərdə A.Hacıyevin əldə etdiyi nəticələr qeyri-məhdud çoxluqlarda kəsilməz funksiyalar fəzasında təyin olunmuş xətti müsbət operatorlar ardıcıllıqlarının çəkili normalarda yığılması və belə funksiyalara yaxınlaşması istiqamətinin yaranmasında mühüm rol oynayıb. Bu nəticələrin müəllifi kimi alim dünyanın qabaqcıl riyaziyyatçıları içində öz layiqli yerini tutub.
2001-ci ildən A.Hacıyev Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, həmin ilin iyul ayından isə akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi olub.
Allah rəhmət eləsin!

Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |