Şrift:
İranda ermənilərin yalan iddiaları mövzusunda kitab nəşr olunub
05.02.2015 [01:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Iranda "Ermənistanın birinci baş nazirinin Daşnak Partiyasının konfransına raportu" kitabı nəşr olunub. Kitabın müəllifi Kaçaznoni, mütərcimi isə Səccad Zeynalidir.
Kitabın Facebook səhifələrində yayılan məlumata görə, kitab Buta Nəşriyyatı tərəfindən nəşr olunub. Kitabda Osmanlılar tərəfindən ermənilərin sözdə "soyqırım" edilməsi mövzusunda Ermənistanın birinci baş naziri və Daşnak partiyasının qurucusunun fikirləri yer alıb. Kaçazoni ermənilərin iddialarının yalan olmasına dair açıq-aşkar fikirlər bildirib.

Kitabın bir hissəsində qeyd olunur: “Türklər nə iş gördüklərini yaxşı bilirdilər və bu gün təəssüflənmək üçün heç bir səbəb yoxdur. Onların gördüyü iş, erməni məsələsini Türkiyədə həll etmək üçün ən münasib yol idi.”

Hebib Elekbersoy
Bu xəbər oxucular tərəfindən 936 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed