Şrift:
Iranın Televiziyası Urmiya gölünü xəritədən çıxardı!
05.02.2015 [01:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycandan Urmiya Gölü və onun nicatı ilə bağlı ziddiyyətli xəbərlər gəlməkdə davam edir. İranın bir sıra yüksək rütbəli dövlət rəsmiləri, o cümlədən ölkə prezidenti gölün qurtarmasına dair vədlər verdiyi halda, digər rəsmi qurumlar bunun tərsini nümayiş etdirir.
Sənədlər Qeydiyyatı Təşkilatından sonra bu dəfə də İranın Qərbi Azərbaycanın Teleradio Şirkəti Urmiya Gölünü İran xəritəsindən çıxarıb. Belə ki, Qərbi Azərbaycan xəbərlər proqramından öncə verilən anonsda, Urmiya Gölü ölkə xəritəsindən çıxarılıb. Bundan öncə, Urmiya Gölü göy və Qərbi Azərbaycan vilayəti isə bənövşəyi rəngdə olub. Lakin hazırda Urmu gölü xəritədə yoxdur. Əvvəlki və hazırkı həmin görüntüləri təqdim edirik:
Iranın Televiziyası Urmiya gölünü xəritədən çıxardı!


Hebib Elekbersoy
Bu xəbər oxucular tərəfindən 1006 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed