Şrift:
Babək Xürrəmdin özünüdərk simvoludur
05.02.2015 [01:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Babək Bütöv Azərbaycan ideyası uğrunda güneyli-quzeyli azərbaycanlıları birləşdirən bir tarixi şəxsiyyətdir.

Babək Xürrəmdin özünüdərk simvoludur, xəlqi ideal və mübarizə yönündə əsl nümunədir. İnsan o zaman ürəklərdə daim yaşaya bilər ki, xalqına, həmçinin bəşərə yarasın, amalına, əqidəsinə sadiq qalsın. O, xalqı arxasınca apara bilən bir qəhrəman idi Bu gün biz Babək Xürrəmdin adlı qəhrəmanımızı ruhumuzun işığında daha yaxşı tanımalıyıq. Onu hər cür böhtanlardan, çirkablardan qorumalıyıq.
Bu gün Güney Azərbaycanda yaşayan milyonlarla soydaşımız hər il onun doğum günündə gedilməsi artıq mümkün olmayan, hər cür maneələr yaradılan Babək qalasından mənəvi güc alır. Babək bütöv Azərbaycan ideyası uğrunda güneyli-quzeyli azərbaycanlıları birləşdirən bir tarixi şəxsiyyətdir. Əlbətdə belə bir qəhramanın hədəfə alınması və onun adına ləkə yaxılması birbaşa İranın maraqlarında olan bir işdir. Çünki İranın qarşısında duran ən vacib siyasətdən biri Şimali və Cənubi Azərbaycanda aborigen millət olan türklərin varlığını danmaqdır və bu siyasətin kökündə mənəviyyatımızın və tariximizin İŞĞALI durur.
Azərbaycanın böyük qəhrəmanı BABƏK haqqında qədim Ərəb mənbələrində çoxlu məlumat verilib. Düzdür onların bir çoxu öz dövründə qərəzli yazılmışdır amma elm- tədqiq nöqtəyə nəzərindən onlardan çox faydalanmaq olar . Misal üçün Tarix-e Təbəride BABƏK in hərbi sərkərdələrindən birinin adi TƏRXAN (Tarkan ) çəkilir . Bu sərkərdə əslən Marağa tərəfindən olmuşdur və onun necə həlak olmasi haqda məlumat verilir . Bununla Türk hərbi rütbəsinin işləndiyinin şahidi oluruq. Bir orduda bütün rütbələrin türk ordu sisteminə uyğun olması həmin Hərakatın türk kimliyini ortaya qoyur. Eyni zamanda ərəb tarixçiləri belə yazır ki"Babəki öz soyundan (TÜRK) olan sərkərdə (Afşin)məğlub etdi.
Babək adının mənasına gəldikdə-Xürrəmilərə başçı seçiləndən sonra “Babək” adlandırılır. Bu sözün kökündə duran “baba” sözü demək olar ki, əksər qədim dillərdə -“ata”, “Babək” isə “atacan”, “başçı” mənasını verir.
Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş.
Lakin, müasir təqdiqatçılar (Əlirza Xələfli, Fikrət Nəsrəddinzadə, Məzahir Alıyev və b.) öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub və əslində onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu köklü turk sözünə 5 min ildən çox tarixi olan Dədə Qorqud eposunda da çox rast gəlinir.
Babək haqqında dəyərli dostum Ceyhun Bayramlının "Babək və hürrəmilik (yalanlar və gerçəklər)" kitabın oxumağı da hər kəsə tövsiyyə edirəm.
Artıq bu tarixi şəxsiyyətlərə hücum açıq müstəviyə keçib. Növbədə Uzun Həsən və Cahanşah Həqiqinin, daha sonra Atabəylər dövlətinə qarşı yönələcək.
ANS kanalının son iki verlişində, Şah İsmayıl və Babəkə qarşı səslənən fikirlər içərisində bəzi təhqirlərin olması Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən qiymətləndirilməlidir. Və ANS Tv kanalı ''Televiziya və radio yayımı haqqında'' Azərbaycan Respublikasının qanunun Maddə 32-nin 32.0.2.1. bəndini-informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl olunsun-fikirlərinə ziddidir. ANS Tv kanalı həmin qanunun 32.0.9- bəndinə milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl olunmalıdır.-nəzər mütləq yetirləmlidir.
Son olaraq deyim ki, Azərbaycan tarixində müstəsna xidməti olan tarixi şəxsləri aşağılayan halların qarşısını almaq üçün ciddi tədbirlər görməliyik.


Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Bu xəbər oxucular tərəfindən 1300 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed