05.01.2012 [09:08] - Gündəm
Çin ABŞ-ın İranın nüvə proqramı ilə bağlı bu ölkəyə birtərəfli sanksiyalar tətbiq etməsini pisləyib. “Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Honq Ley jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi daxili qanunların beynəlxalq hüquq normalarından üstün tutulmasına və hansısa bir ölkəyə qarşı birtərəfli sanksiyaların tətbiq edilməsinə qarşıdır: “Biz İranın nüvə problemi ilə bağlı yaranmış məsələnin həll yolunu sanksiyalar deyil, dialoqda görürük”.
Bu xəbər oxucular tərəfindən 860 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |