Şrift:
“Miras” adlı yeni tamaşa hazırlanır
05.02.2015 [13:46] - Gündəm, Afişa
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Miras” adlı yeni tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin müəllifi tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovdur.

Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etməkdə yeganə ümid yeri olan yaşadıqları mənzilin satılması üçün ev sahibi yaşlı atanı yola gətirməsindən bəhs olunur.

İlk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.
Bu xəbər oxucular tərəfindən 1138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed