Şrift:
Qazaxıstanın Semey şəhəri dünyanın ən böyük şəhəri iddiası ilə Ginnesin Rekordlar kitabına müraciət edib
05.01.2012 [09:12] - Gündəm, Türk dünyası-Turan
200 000 əhalisi olan Qazaxıstanın Semey (Semipalatinsk) şəhəri dünyanın ən böyük şəhəri kimi adını Ginnesin Rekordlar kitabına yazdırmaq üçün müraciət edib. Bu barədə Today.kz xəbər verir. Semey şəhərindəki universitet tələbələrinin bu müraciəti əhali tərəfindən ruh yüksəkliyi ilə qarşılanıb. Şəhərin kənarındakı 27.500 kvadrat kilometr istifadəsiz ərazini də hesaba aldıqda Semey şəhərinin London, Nyu-York, Moskva, Dehli və Meksika şəhərlərinin ümumi sahəsindən böyük olduğu iddia edilir.
Bu xəbər oxucular tərəfindən 2921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed