Şrift:
Iranda Azərbaycan türklərini təhqir edən dərgilərə biri də əlavə olundu
05.02.2015 [15:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda millətlər arasında gərginlıik yaradan kütləvi informasiya vasitələrinin sırası genişlənir.
Bu ay İranda “Roşən” adlı dərgi nəşr olunmağa başladı. Dərgi birinci sayında anti-türk yazılarla çıxış edib və öz iç üzünü birinci işində göstərib.

Dərgidə böyük hərflərlə belə bir başlıq dərc olunub: “Türklər Tehranı fəth edib?”. Həmin başlığın altında belə bir yazı gedib: “Əmtəə və xidmət bazarında ölkənin bütün qövmlərinin durumu haqqında təhlili və meydan raportu”. Birinci sayıda qəribə bir şəkil də dərc olunub. Bir şəxs əlində böyük bir kürə çöprəyi tutaraq nümayiş etdirilir və bu şəkil də türklərə aid edilir!

Mətndə Azərbaycan türkləri Tehranda qonaq kimi təqdim olunur və kürə çörəyinin görüntüsü isə başqa bir təhqirə işarədir. Tehranda yaşayanlar yaxşı bilir ki, uzun illərdir fars şovinistləri türkləri "kürə çörəyi yiyən" adlandırıb və bunu bir təhqir əlamətinə çeviriblər. Həmçinin türklərin adı isfahanlı, kirmanlı və s. kimi çəkilir və çalışılır ki, türk milləti milli kimliksiz və bir şəhər əhalisi kimi başa düşülsün!

Təbii ki, İran mətbuatının bu kimi təhqirləri sadəcə İranda yaşayıb və bu atmacalarla tanış olan insanlar üçün daha yaxşı başa düşüləndir.

--
Hebib Elekbersoy
Bu xəbər oxucular tərəfindən 1009 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed