Şrift:
Güney azərbaycanlı milli fəal Əli Rzayi həbs edilib
05.02.2015 [15:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Əli Rzayi İranın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Azərbaycanlı fəal fevralın 4-də Bəndər Abbasa ezamiyyətə gedərkən yolda təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun üzərində axtarış aparıldıqdan sonra naməlum istiqamətə intiqal edilib.

Məlumata görə, axtarış nəticəsində azərbaycanlı fəala aid bir sıra şəxsi əşya o cümlədən kitab, kompüter və hətta toy mərasimi filmi məmurlar tərəfindən zəbt olunub.

Xatırladaq ki, Həsən Ruhaninin aldadıcı vədlərinə baxmayaraq son zamanlar Güney Azərbaycanda milli-mədəni fəallara qarşı təzyiqlər artıb. Hazırda onlarla fəal qondarma ittihamlarla İran zindanlarında məhbus həyatı yaşayır.
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed