05.02.2015 [16:41] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Millət vəkili Fərəc Quliyev Aktual.az-a açıqlamasında bildirib ki, sərəncamın həm ölkə iqtisadiyyatının diversifikasiyasında, həm də əhalinin daha fəal şəkildə özünü idarəetmədə iştirakının təmin edilməsində çox böyük əhəmiyyəti var: "Mən özüm dəfələrlə parlamentdə də, prezident seçkiləri zamanı da məsələ qaldırdım ki, idarəetməni yerlərə verib, yerli haklimiyyəti qüvvətləndirməklə, prinsipləri dəyişmək lazımdır. Belə olan təqdirdə həm əhali yerli idarəetmədə iştirak edə bilir, həm də büdcədə xeyli itkinin qarşısı alınır. Eyni zamanda yerlərdə vəsaitin toplanmasından tutmuş, oradakı inkişaf perspektivlərinə qədər bu addım çox uğurludur. Bəzən icra strukturları qısqanırlar ki, onların hüquqları yerlərə verilir. Amma başa düşmürlər ki, həm də məsuliyyət yerlərə verilib. Məsuliyət yerlərə veriləndə və yerli hakimiyyət inkişaf edəndə bütün kəsimlər hakimiyətdə təmsil edilirlər, ölkənin taleyinə məsul olurlar. Bu məsələnin siyasi tərəfi olmaqla, həm də bölgələrin inkişafı üçün ciddi bir revanşdır. Hesab edirəm ki, prezident İlham Əliyevin “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1134-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam verməsi qeyd olunanları özündə ehtiva edir. Bunun həm ölkə iqtisadiyyatının diversifikasiyasında, həm də əhalinin daha fəal şəkildə özünü idarəetmədə iştirakının təmin edilməsində çox böyük əhəmiyyəti var".

Həsən Babayev/Aktual.az
Bu xəbər oxucular tərəfindən 976 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |