06.02.2015 [00:21] - Gündəm, Hərb
Rusiya Dağlıq Qarabağda vəziyyətin ciddi kəskinləşməsindən narahatdır. TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç brifinqdə deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində vəziyyət çox gərgin olaraq qalır.
A.Lukaşeviç qeyd edib ki, ATƏT-in monitorinq missiyasının məlumatına görə, bu ilin yanvarında münaqişə zonasında 12 nəfər ölüb, 18-i isə yaralanıb.
XİN rəsmisi bildirib: "Tərəfləri gərginliyin azaldılması üçün fəal tədbirlər görməyə təkidlə çağırırıq".

Bu xəbər oxucular tərəfindən 777 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |