06.02.2015 [10:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda bir türk uşağa 210 gün cəhddən sonra, türkcə adın verilməsi fars şovinistlərinin etirazına səbəb olub!
“Vətənxahan” xəbər-təhlil agentliyi “Alporhan” adının qeydə alınması və bu adla kimlik vəsiqəsinin verilməsini tənqid atəşinə tutub! Xəbər agentliyi “İran adları qadağandır, lakin Osmanlı və türk adları sərbəstdir” başlıqlı bir yazıda Azərbaycan Milli Hərəkatının kütləvi informasiya vasitələrinə hücum edərək, öz övladlarına türk adları seçən azərbaycanlı ailələrini qövmçü kimi təqdim edib.
Yazıda səlahiyyətli orqanlar o cümlədən Qeydiyyat İdarəsi (Səbt-i əhval idarəsi) İran əsilli adları qadağan etməkdə, lakin türk kökənli adların istifadəsini sərbəst buraxmaqda ittiham olunub.
Qeyd etmək lazımdır ki, türk adlarının yasaq olması təkcə Alporhanla başlamayıb. Uzun illərdir İranda türk adlarına qadağa var və sadəcə uzun müddət mübarizə aparan valdeynlər buna nail ola bilir. Alporhanın valdeynləri isə öz uşaqlarına istədikləri adı vermək üçün 210 gün gözləyib. Onlar bu müddətdə müxtəlif idarələrə müraciət edib və öz tələblərindən başqa heç bir təkliflə razılaşmayıblar.
Xatırladaq ki, keçən günlərdə azərbaycanlı bir uşağa türk adının verilməsi mətbuatın gündəminə gəldi. Onun atası Firuz Yusifi öz Facebook səhifəsində bunları yazıb:
“210 gün çalışma, dartışma və dirənişdən sonra nəhayət ki, oğlumuz “Alporhan”a kimlik bəlgəsi (şenasnamə) ala bildik. Bu yolda mənə yardın edən yoldaşlara, özəlliklə bilimyurdlarda və dövlət qurumlarında çalışan türkcə dil uzmanları və bilginlərə, həmçinin Qeydiyyat İdarəsindəki (Səbt-i Əhval idarəsi) insansevər və türk kimliyinə saygı duyanlara öz təşəkkürümü bildirir, sevgi və sayqılarımı sunuram.
Bu gün biz ailəcə çox sevindik və sevincimizi də sizinlə paylaşırıq.”
--
Hebib Elekbersoy

Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |