Şrift:
İranlı ayətullahlar: “Qadın müğənnilərinin səhnəyə çıxmasının qarşısını alacağıq”
06.02.2015 [11:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın hakimiyyət tərəfdarı iki ruhanisi, ayətullah Hüseyn Nuri Həmədani və ayətullah Nasir Məkarim Şirazi ayrı-ayrılıqda bəyanatlar yayaraq ölkədə qadın müğənnilərinin səhnəyə çıxmasına şərait yaradılmasına etiraz bildiriblər.
Son günlər İranın İrşad və Mədəniyyət Nazirliyi, müğənni Nuşin Tafinin Möhsün Kəraməti ilə birgə hazırladığı yeni albomunun işıq buraxılmasına icazə verməsi bəzi dini dairələrin kəskin etirazı ilə qarşılanıb.

Ayətullah Nuri Həmədani deyib: “Qadın müğənnilərinin mahnı oxumasını və ya onların səhnəyə çıxmasını heç cürə izah etmək olmaz. Bunun qarşısı alınmalıdır və biz buna yol verməyəcəyik. Qadın müğənnilərinin kişilər qarşısında səhnəyə çıxıb mahnı oxuması haramdır. Nazirliyin bu kimi hallara lisenziya verməsinə haqqı yoxdur”.

Ayətullah Məkarim Şirazi isə ölkədə islam dəyərlərinə riayət edilməməsindən narahat olduğunu bildirib: “Son vaxtlarda İrşad Nazirliyinin inqilab dəyərlərinə biganə yanaşması və onu ayaq altına salması halları tez-tez müşahidə olunur. Elə buna görə də nazirlikdən şikayətlər gündən-günə çoxalır. Ölkə əhalisi nazirliyin bu addımından narazıdır və hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Əks halda xalqın narazılığının nəticəsi ölkə üçün yaxşı olmayacaq”.

Qeyd edək ki, son illərdə İranda qadın musiqiçilərinə qarşı təzyiqlər artıb və onların fəaliyyətinə qoyulan qadağalar geniş vüsət alıb.
İranlı ayətullahlar: “Qadın müğənnilərinin səhnəyə çıxmasının qarşısını alacağıq”




--
Hebib Elekbersoy
Bu xəbər oxucular tərəfindən 1293 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed